There is no item in your cart
There is no item in your cart
HAQQIMIZDA
BİZİM HEKAYƏMİZ
2022-cü ildə təsis olunmuş və tikinti sahəsində ixtisaslaşmış, inam və etibarlılığı illərdir qoruyan Proqress İnşaat EN MMC enerji obyektlərinin inşaası, meliorasiya, sənaye və mülki tikinti obyektlərinin tikintisi, boru xətlərinin çəkilməsi, metalkonstruksiya və rezervuarların istehsalı və quraşdırılması sahəsində bir çox layihələrə imza atmışdır.
Daima innovativ tikinti layihələrini həyata keçirməklə əldə edilmiş təcrübənin və peşəkar resursların sistematik inteqrasiyasindan istifadə edərək, istənilən mürəkkəblikdə tikinti işlərinin tam həcmdə və planlı şəkildə yerinə yetirilməsi üçün ölkəmizin daxilində böyük imkanlara və yetərincə təcrübəyə malikdir
Proqress İnşaat EN
Bununla yanaşı, ölkəmizin davamlı inkişafını və müasirliyini nəzərə alaraq yeni texnologiyaların standartlarına uyğun, təcrübəsini genişləndirən və bir çox mütəxəssis yetişdirən bir müəssisədir. Proqress İnşaat EN MMC AZSTAND “Azərbaycan Standartlaşdırma İnstitutu” – sertifikatlaşdırma qurumunun auidit yoxlamasından uğurla keçərək İSO 9001:2020, AZS isa 50001:2022, İSO 14001:2021 və İSO 45001:2021 sertifikatlarını əldə etmişdir.
Xidmətlərimiz:
Tikinti avadanlıqlarının icarəsi
Vaxt ötdükcə şəhərsalma mədəniyyəti dahada çoxalır. İnşaat sektorunun böyüməsi isə bəzi ehtiyaclarının çoxalmasına səbəb olur ki, bunlardan biri texnikalardır. Ehtiyacınız olan, müasir standartların tələblərinə uyğun, müxtəlif tipli tikinti texnikaları və nəqliyyat vasitələrinin icarəsi Proqress İnşaat EN MMC şirkəti tərəfindən həyata keçirilir. Vaxtınıza bizimlə qənaət edin.
Abadlıq
İllərdir bu sahədə böyük təcrübə yığaraq və əldə etdiyimiz bilikləri peşəkarcasına istifadə edərək, biz, bu gün komandamızla bir çox layihələrə imza atmışıq. Bütün ərazini və ya onun müəyyən hissəsinin yaşıllaşdırılmasını həyata keçirə bilərik.
Relyefə, iqlimə və əraziyə uyğun standartları qoruyaraq, seçilmiş bitkilər və onların ərazidəki relyef və planına uyğunlaşdırılmasını təmin edərək hər bir əraziyə fərdi olaraq yanaşırıq. Bitkilərin təchizatı və əkilməsi onların xüsusiyyətlərini nəzərə alaraq aparılır və görülmüş işlərin nəticəsi olaraq sizlərə arzuladığınız layihəni təhvil veririk.
Abadlıq, yaşıllaşdırma xidmətlərinə aşağıdakılar daxildir:
Mövcud olan müasir texnologiyaların peşəkar tətbiqi, lazımi alətlərin mövcudluğu, həmçinin işçilərin bacarıq və təcrübəsi bizə istənilən miqyasda layihələri tamamlamağa imkan verir.
İstixanalar
İstixana – Proqress İnşaat EN MMC 10 ildən çoxdur ki, Azərbaycanda bu sahə üzrə də fəaliyyət göstərir. Ən son standartların tələblərinə uygun avtomatlaşdırılmış müxtəlif tipli istixanaların quraşdırılması, və bu sahə üzrə dünya bazarında yüksək pay sahibi olan şirkətlər ilə bir neçə ildir ki partnyorluq edir. Həm mühəndis, həm də material cəhətdən bazara liderlik mövqeyini qoruyur. Bizim öncəliyimiz müştəri məmnuniyyətidir. İstixanalarınızın keyfiyyətinin yüksək olması, sizin gələcəkdə cibinizə qənaət etməyiniz üçün önəm daşıyır.
Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması
Kommunikasiya və şəbəkələrin qurulması işlərinin müasir tələblərə uyğun olaraq həyata keçirilməsi. Şirkətimiz sizə bu işin mükəmməl dərəcədə planlaşdırılmasını və təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilməsini təklif edir. Habelə keçdiyimiz müddətlərdə gördüyümüz MEP (bayır) mühəndisliyi işləri sayəsində bir neçə partnyorluq əldə etmişik.
Neft-qaz
Neft-qaz emalı sahəsində Proqress İnşaat EN MMC 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Göstərdiyi yüksək keyfiyyətli xidmət sayəsində Azərbaycan və dünya bazarında pay sahibi olan müəyyən şirkətlər ilə artıq əməkdaşlıq edir. Proqress İnşaat EN MMC neft-qaz emalı sahəsində nasosların, kompressorların, qazanxanaların, boru kəmərlərinin quraşdırılmasını və izolyasiyasını təşkil edir.
Meliorasiya işləri
Meliorasiya – torpaqların hidrotexniki, mədəni-texniki, kimyəvi, aqromeşəmeliorasiya, aqrotexniki və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılmasıdır.
Proqress İnşaat EN MMC şirkəti sizə müasir tələblərə uyğun hidrotexniki qurğunların hazırlanmasını, quraşdırılmasını və torpaq işlərinin aparılmasını təklif edir.
Metal konstruksiya
Şirkətimiz sənaye obyektlərinin, irihəcmli anbarların, habelə stadion, ticarət və əyləncə mərkəzləri kimi mülki obyektlərin metal konstruksiyalarının hazırlanması, boyanması və quraşdırılmasını həyata keçirir. Yüksəkliyindən və aşırımından asılı olmayaraq hər cür layihələrin (qaynaqlı və ya bolt bağlantılı) zavod şəraitində yığılmasını və tikinti sahəsində quraşdırılmasını yerinə yetirəcək yüksək peşəkarlığa malikdir.
Metal konstruksiya materialları metalın möhkəmliyinə və strukturuna görə digər materiallarla müqayisədə son dərəcə davamlıdır. Bu davamlılığa görə polad konstruksiyasının ömrü digər konstruksiyalardan dəfələrlə uzun olur.
Tikilməkdə olan bir strukturda dəyişiklik ehtimalı çox çətindir, lakin metal konstruksiya qeyri-məhdud hərəkət və dəyişiklik təmin edir. Hərəkət sahəsi son dərəcə genişdir, hətta quraşdırma sahəsini dəyişdirmək və köçürmək mümkündür. Quruluşun böyüdülməsi və ya kiçilməsi kimi fiziki dəyişikliklər də tikinti sayəsində asanlıqla qarşılana bilir. Binanın arxitekturasında həm sərbəstlik, həm də rahatlıq təmin edir.
İnşaat
Tikinti sahəsində ixtisaslaşmış, inam və etibarlılıq yaradan şirkət kimi tanınan Proqress İnşaat EN MMC enerji obyektlərinin inşaası, meliorasiya, senaye və mülki tikinti obyektlərinin tikintisi, boru xətlərinin çəkilməsi, metalkonstruksiya və rezervuarların istehsalı və quraşdırılması sahəsində bir çox layihələrə imza atmışdır.
Şirkətimizin məqsədi və öhdəliyi təkcə ən yüksək standartları təmin etmək deyil, həm də qarşılıqlı faydalı əlaqələr qurmaqdır.
Uzun illər təcrübəsi olan, tikinti prosesini daim təkmilləşdirən təcrübəli mütəxəssislər ilə birlikdə, habelə ən müasir avadanlıqlardan istifadə edərək və böyük material tədarükçüləri ilə qurulmuş əməkdaşlıqlar nəticəsində, şirkətimiz, həm “sıfırdan” layihələri, həm də mövcud bina və tikililərin yenidən qurulması işlərini effektiv və minimal müddət ərzində təhvil verir. Kommersiya, bələdiyyə və dövlət strukturları ilə əməkdaşlıq edərək, istənilən növ tikinti layihələrinə nəzarət edir.
