Cart

There is no item in your cart

Xidmətlərimiz

İnşaat

Tikinti sahəsində ixtisaslaşmış, inam və etibarlılıq yaradan şirkət kimi tanınan “Proqress İnşaat EN” MMC enerji obyektlərinin inşaası, meliorasiya, senaye və mülki tikinti obyektlərinin tikintisi, boru xətlərinin çəkilməsi, metalkonstruksiya və rezervuarların istehsalı və quraşdırılması sahəsində bir çox layihələrə imza atmışdır.

Şirkətimizin məqsədi və öhdəliyi təkcə ən yüksək standartları təmin etmək deyil, həm də qarşılıqlı faydalı əlaqələr qurmaqdır. Uzun illər təcrübəsi olan, tikinti prosesini daim təkmilləşdirən təcrübəli mütəxəssislər ilə birlikdə, habelə ən müasir avadanlıqlardan istifadə edərək və böyük material tədarükçüləri ilə qurulmuş əməkdaşlıqlar nəticəsində, şirkətimiz, həm “sıfırdan” layihələri, həm də mövcud bina və tikililərin yenidən qurulması işlərini effektiv və minimal müddət ərzində təhvil verir.

Metal konstruksiya

Şirkətimiz sənaye obyektlərinin, irihəcmli anbarların, habelə stadion, ticarət və əyləncə mərkəzləri kimi mülki obyektlərin metal konstruksiyalarının hazırlanması, boyanması və quraşdırılmasını həyata keçirir. Yüksəkliyindən və aşırımından asılı olmayaraq hər cür layihələrin (qaynaqlı və ya bolt bağlantılı) zavod şəraitində yığılmasını və tikinti sahəsində quraşdırılmasını yerinə yetirəcək yüksək peşəkarlığa malikdir.

Metal konstruksiya materialları metalın möhkəmliyinə və strukturuna görə digər materiallarla müqayisədə son dərəcə davamlıdır. Bu davamlılığa görə polad konstruksiyasının ömrü digər konstruksiyalardan dəfələrlə uzun olur.

Meliorasiya işləri

Meliorasiya – torpaqların hidrotexniki, mədəni-texniki, kimyəvi, aqromeşəmeliorasiya, aqrotexniki və digər tədbirlərin aparılması yolu ilə əsaslı yaxşılaşdırılmasıdır. 

“Proqress İnşaat EN” MMC şirkəti sizə müasir tələblərə uyğun hidrotexniki qurğunların hazırlanmasını, quraşdırılmasını və torpaq işlərinin aparılmasını təklif edir. 

Mühəndis-kommunikasiya və şəbəkələrinin qurulması

Kommunikasiya və şəbəkələrin qurulması işlərinin müasir tələblərə uyğun olaraq həyata keçirilməsi. Şirkətimiz sizə bu işin mükəmməl dərəcədə planlaşdırılmasını və təcrübəli mütəxəssislər tərəfindən həyata keçirilməsini təklif edir. Habelə keçdiyimiz müddətlərdə gördüyümüz MEP (bayır) mühəndisliyi işləri sayəsində bir neçə partnyorluq əldə etmişik. 

İstixanalar

 

İstixana – “Proqress İnşaat EN” MMC 10 ildən çoxdur ki, Azərbaycanda bu sahə üzrə də fəaliyyət göstərir. Ən son standartların tələblərinə uygun avtomatlaşdırılmış müxtəlif tipli istixanaların quraşdırılması, və bu sahə üzrə dünya bazarında yüksək pay sahibi olan şirkətlər ilə bir neçə ildir ki partnyorluq edir. Həm mühəndis, həm də material cəhətdən bazara liderlik mövqeyini qoruyur. Bizim öncəliyimiz müştəri məmnuniyyətidir. İstixanalarınızın keyfiyyətinin yüksək olması, sizin gələcəkdə cibinizə qənaət etməyiniz üçün önəm daşıyır.

Abadlıq

İllərdir bu sahədə böyük təcrübə yığaraq və əldə etdiyimiz bilikləri peşəkarcasına istifadə edərək, biz, bu gün komandamızla bir çox layihələrə imza atmışıq. Bütün ərazini və ya onun müəyyən hissəsinin yaşıllaşdırılmasını həyata keçirə bilərik.

Relyefə, iqlimə və əraziyə uyğun standartları qoruyaraq, seçilmiş bitkilər və onların ərazidəki relyef və planına uyğunlaşdırılmasını təmin edərək hər bir əraziyə fərdi olaraq yanaşırıq. Bitkilərin təchizatı və əkilməsi onların xüsusiyyətlərini nəzərə alaraq aparılır və görülmüş işlərin nəticəsi olaraq sizlərə arzuladığınız layihəni təhvil veririk. 

Tikinti avadanlıqlarının icarəsi

Vaxt ötdükcə şəhərsalma mədəniyyəti dahada çoxalır. İnşaat sektorunun böyüməsi isə bəzi ehtiyaclarının çoxalmasına səbəb olur ki, bunlardan biri texnikalardır. Balansımızda olan 20 ə yaxın texnika və avadanlıqların adı və markaları. Ehtiyacınız olan, müasir standartların tələblərinə uyğun, müxtəlif tipli tikinti texnikaları və nəqliyyat vasitələrinin icarəsi Proqress İnşaat EN MMC şirkəti tərəfindən həyata keçirilir. Vaxtınıza bizimlə qənaət edin.

Yol-Nəqliyyat infrastrukturu

 

  • avtomobil yolları
  • körpülər
  • tunellər
  • yeraltı və yerüstü piyada keçidləri
  • digər yol qurğuları